Modern.az

Ölkədəki qoyunların sayı açıqlandı

Ölkədəki qoyunların sayı açıqlandı

Aktual

21 Avqust 2018, 21:13

Paytaxt Bakıda qoyun və keçilərin sayı 0,4% və ya 81 baş azalaraq 18 min 999 başa düşüb. Modern.az xəbər verir ki, qoyun və keçilərin sayı ən çox Mingəçevir şəhərində artıb.

 

Ötən ilin iyul ayının əvvəlindən öötən son bir il ərzində Mingəçevirdə qoyun və keçilərin sayı 15,2% artıb. Bundan başqa qoyun və keçilərin sayı Göyçay rayonunda 5,7%, Sabirabad rayonunda 3,1%, Neftçala rayonunda 2,8%, Lənkəran rayonunda 2,7% artıb.

 

Qoyun və keçilərin sayında ən çox azalma isə Şamaxı rayonunda olub. Şamaxıda son bir il ərzində qoyun və keçilərin sayı 16,6% azalıb. Həmçinin qoyun və keçilərin sayı Ağsu rayonunda 15%, Tərtər rayonunda 14,2%, Ağdaş rayonunda 12,5%, Xaçmaz rayonunda 11,7%, Sumqayıt şəhərində isə 11,5% azalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu