Modern.az

Fulbol tarixində yeni REKORD

Fulbol tarixində yeni REKORD

Aktual

12 Sentyabr 2018, 21:26

FİFA yay transfer pəncərəsi dövründə klubların həyata keçirdiyi transferlərlə bağlı statistikanı açıqlayıb. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1 iyul - 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib.

 

Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub.

 

Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.

 

“Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları isə transferlərə 4,21 milyard dollar xərcləyiblər. Bu, ümumi rəqəmin 77,5 faizini təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək