Modern.az

İran İdliblə bağlı danışıqlardan razı qalıb

İran İdliblə bağlı danışıqlardan razı qalıb

18 Sentyabr 2018, 10:32

İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif Türkiyə, Rusiya və İranın İdlib məsələsindəki fəaliyyətlərindən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zərif öz “Twitter” hesabında yazıb.

“Bir neçə həftənin intensiv və məsuliyyətli danışıqları ekstremizm və terrorla mübarizədə möhkəm qətiyyət göstərərək İdlibdə müharibənin qarşısını ala bildi” – İranın XİN rəhbəri qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 7-də Tehranda İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyaya aid sammit keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var