Modern.az

Azərbaycan  samboçuları iki medal qazandı

Azərbaycan  samboçuları iki medal qazandı

Aktual

12 Oktyabr 2018, 22:12

Bu gün Tiflisdə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi start götürüb. Modern.az xəbər verir ki, çempionatda yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində 18 idmançı mübarizə aparır. Yarışların birinci günündə yeniyetmələrdən ibarət komandada mübarizə aparan Vilayət Bayramov (60 kq Gəncə) finala qədər uğurla irəliləsə də, qızıl medalın bir addımlığında büdrəyib.

 

Gənclərin mübarizəsində isə Fuad Məmmədov (62 kq, “Sərhədçi” İK) bürünc medal qazanıb.

 

Beləliklə, komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var.

 

Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək