Modern.az

Kanadada iki təyyarə toqquşdu

Kanadada iki təyyarə toqquşdu

Dünya

4 Noyabr 2018, 22:08

Kanada səmasında iki təyyarə toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ontario vilayətində qeydə alınıb.

Məlumata görə Ottava səmasında yerli vaxtla saat 10:11-də iki təyyarə toqquşub. Təyyarələrdən biri toqquşmadan sonra qəzaya uğrayıb, digəri isə Ottava beynəlxalq hava limanında yerə uğurlu eniş edə bilib. Qəza yerinə polis və həkimlər cəlb edilib.

 

Hadisənin başvermə səbəbi və xəsarət alanlarin olub-olmaması barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok