Modern.az

Bakıda köçkünlərin yaşadığı bina yanıb

Bakıda köçkünlərin yaşadığı bina yanıb

Təhsil

9 Dekabr 2009, 22:17

Dekabrın 9-da axşam saatlarında Bakının Nərimanov rayonu ərazisindəki Səttarxan adına zavodun yaxınlığında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli yataqxanada güclü yanğın baş verib. Modern.az xəbər verir ki, yanğın yataqxananın səkkiz və doqquzuncu mərtəbələri əhatə edib.
Hadisə yerinəd Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissələrinin bir neçə yanğınsöndürmə maşını çağırılıb. Son məlumata görə, alovun qarşısını almaq mümkün olub.
Ölən və xəsarət alanın olmadığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir