Modern.az

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlandı

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlandı

Aktual

6 Dekabr 2018, 14:39

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb.

Şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd “Samsung”, 56 ədəd “X-inova”, 28 ədəd “NYHN”, 21 ədəd “Kgtel” və 19 ədəd “Odscn” markalı mobil telefon aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir