Modern.az

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"

ATƏT PA-nın sədri: "Təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır"

Aktual

11 Dekabr 2018, 23:07

Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

ATƏT PA-nın sədri deyib: “Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok