Modern.az

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək

Aktual

17 Dekabr 2018, 19:10

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq 2018-ci ildə bəstəkarın yubileyi ilə əlaqədar Azərbaycanda, eləcə də xarici ölkələrdə çoxlu sayda tədbirlər keçirilib.

 

Yubiley tədbirlərinin yekunu olaraq 19 dekabr 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konsertinin keçirilməsi planlaşdırılıb.

 

Tədbirdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı, vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin “Ümid” diplomuna layiq görülmüş Mahir Tağızadə iştirak edəcəklər.

 

Konsertdə dahi bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu