Modern.az

İşdən çıxarılan general yenidən müşavir oldu

İşdən çıxarılan general yenidən müşavir oldu

Aktual

11 Fevral 2019, 17:08

Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni  vəzifəyə təyinat alıb. 

Modern.az Unikal.org-a istinadən xəbər verir ki, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri sayta Əmanətlərin Sığortalanması  Fondundan təsdiqləyiblər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir. 

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir