Modern.az

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Aktual

20 Fevral 2019, 21:07

İsveçrənin Cenevrə şəhərində “Ümumdünya Radiorabitə Konfransı”na (ÜRK) hazırlıqlar çərçivəsində görüş təşkil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşün əsas məqsədi hazırlıq prosesinin nəzərdən keçirilməsi, hesabatların hazırlanması, təşkilati məsələlərin həllidir.

 

Konfransa hazırlıq prosesi zamanı radiorabitə reqlamenti, radiotezlik spektri, geostasionar və qeyri-geostasionar peyk xidmətlərindən, həmçinin orbitlərdən istifadə üzrə beynəlxalq sazişlər barədə təkliflərin irəli sürülməsi nəzərdən keçiriləcək.

 

Görüşdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər. Azərbaycan nümayəndə heyəti konfransa hazırlıq görüşü çərçivəsində bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparıblar.

 

Regional Rabitə Birliyi (RRB), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı (CEPT) toplantılarda fəal iştirakı ilə seçiliblər.

 

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil ediləcək “Ümumdunya Radiorabitə Konfransı-2019” cari ilin 28 oktyabr - 22 noyabr tarixlərində Misirin Şarm-əş-Şeyx şəhərində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək