Modern.az

Ağdaşda canavarlar sürüyə hücum edib - FOTO

Ağdaşda canavarlar sürüyə hücum edib - FOTO

Aktual

21 Fevral 2019, 19:56

Ağdaş rayonunda canavarlar sürüyə hücum edib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yenicə kəndində baş verib.

Belə ki, kənd sakini Nemət Şirinov ona məxsus qoyun sürüsünü otlaq sahəsində otararkən canavarlar sürüyə hücum edib.

Canavar 3 xırdabuynuzlu heyvanı tələf edib, 3-nü isə yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir