Modern.az

“Ey Nəsimi, cahanı tutdu sözün” – Beynəlxalq konfrans olacaq

“Ey Nəsimi, cahanı tutdu sözün” – Beynəlxalq konfrans olacaq

Aktual

6 Aprel 2019, 09:38

“AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nəsimi ili”ylə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək”.

 

Bu barədə Modern.az-a institutun direktor müavini Aygün Bağırova məlumat verib. O qeyd edib ki, “Ey Nəsimi, cahanı tutdu sözün” adlı ikinci elmi-beynəlxalq konfrans oktyabr ayına planlaşdırılır:

 

“Türkiyə, Özbəkistan və digər türk dünyası ölkələrindən, Hindistandan, qonşu dövlətlərdən dəvət olunmuş alimlər beynəlxalq konfransımızda iştirak edəcəklər.

 

Həmçinin, şairin haqqında onun həyatı və yaradıcılığını əks etdirən monoqrafiya üzərində iş gedir.

 

Bir neçə gün əvvəl filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "İmadəddin Nəsimi. Həyatı və yaradıcılığı" monoqrafiyası da nəşr olundu. “Nəsimi ili” çərçivəsində həyata keçirəcəyimiz tədbirlərdən biri də yaxın vaxtlara planlaşdırdığımız dəyirmi masadır. İnanıram ki, bu və digər tədbirlərlə “Nəsimi ili”nə töhfəmizi verə biləcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu