Modern.az

Sınaq imtahanlarının cavabları açıqlandı

Sınaq imtahanlarının cavabları açıqlandı

31 Yanvar 2012, 18:11

Bakıdakı orta məktəblərin 11-ci sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama (sınaq) imtahanlarının nəticələri açıqlandı.

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib.

İmtahanların nəticələri Təhsil Nazirliyinin saytında - burada //exam.edu.gov.az/ - yerləşdirilib.

Qeyd edək ki, Bakı şəhər orta məktəblərinin 11-ci sinif şagirdləri yanvarın 28-də imtahan veriblər. İmtahanda  22 minə yaxın 11-ci sinif şagird 72 imtahan mərkəzində sınaqdan keçib. 11-ci siniflərdə sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri olub. Bu imtahanlarda şagirdlər 120 sualı cavablandırıblar.

 

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildirilib ki, hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndirilib. 
 
Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…