Modern.az

Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü

Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü

Aktual

24 Avqust 2019, 17:42

Bakıda gənc oğlan itkin düşüb.

 

Trend.az-ın məlumatına görə, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib.

P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok