Modern.az

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət aşağı salındı

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət aşağı salındı

Aktual

8 Sentyabr 2019, 10:00

Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu