Modern.az

Bakıda “İngilis Dili Həftəsi” başlayıb

Bakıda “İngilis Dili Həftəsi” başlayıb

9 Sentyabr 2019, 15:18

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi, hər il qeyd olunan“İngilis dili Həftəsi”nin rəsmi açılışını olub. 

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə,  9 -13 sentyabr tarixlərində Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimləri Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcəklər. 

 

“İngilis Dili Həftəsi”ndə müəllimlər video mühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və müasir şagirdləri dərslərə cəlb etmək üçün digər üsulları öyrənəcəklər.

 

Maraqlanan müəllimlər 12 sentyabr saat 15:00-da açıq mühazirəyə dəvət olunurlar.

 

İngilis dili Həftəsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Bakı Amerika Mərkəzinin Facebook səhifəsinə daxil olun: //www.facebook.com/bakuamericancenter/

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var