Modern.az

İlham Əliyev meksikalı həmkarını təbrik edib

İlham Əliyev meksikalı həmkarını təbrik edib

Aktual

14 Sentyabr 2019, 13:06

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik nəktubu göndərib.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…