Modern.az

İstanbulda 5,9 bal gücündə zəlzələ olub

İstanbulda 5,9 bal gücündə zəlzələ olub

Aktual

26 Sentyabr 2019, 15:32

İstanbulda şiddətli zəlzələ baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə 15:00-da İstanbulda güclü zəlzələ olub. Zəlzələ 5.9 baş gücündə qeydə alınıb. Zəlzələ episentrinin Silivri ərazisində olduğu açıqlanıb.

Zəlzələ nəticəsində şəhərin rabitə sisteminin iflic vəziyyətə düşdüyü deyilir. Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınıb. Hələlik ətraflı məlumat yayılmayıb.

Xatırladaq ki, İstanbul şəhərində sentyabrın 24-də də 4.7 bal gücündə zəlzələ qeydə alınmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək