Modern.az

Bu il əmək yarmarkalarında iş tapanların sayı...

Bu il əmək yarmarkalarında iş tapanların sayı...

Aktual

19 Oktyabr 2019, 13:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 45 rayonda əmək yarmarkası təşkil edib.

 

Yarmarkalarda 2634 nəfər işsiz və işaxtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Ümumilikdə, yarmarkalarda 1051 müəssisədən 12 830 vakant iş yeri təqdim edilib.  

Əmək yarmarkalarında 175 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. 239 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.

 

Qeyd edək ki, ümumilikdə bu il ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…