Modern.az

Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb

Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb

Aktual

22 Noyabr 2019, 20:16

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb.

Yol qəzası zamanı 1999-cu il təvəllüdlü Abbasov Niyaməddin Tofiq oğlu və 2004-cü il təvəllüdlü Abbasov Nicat Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək