Modern.az

Tbilisidə müxalifət lideri və deputatlar saxlanıldı

Tbilisidə müxalifət lideri və deputatlar saxlanıldı

Dünya

29 Noyabr 2019, 12:14

Gürcüstan müxalifət nümayəndələri ilə polis arasında toqquşma olub.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, etirazçılar aksiyalarını öncə parlament qarşısında keçirsələr də, sonradan Milli Kitabxananın qarşısına toplaşıblar.

Müxalifətçilər Milli Kitabxanada ölkənin ədliyyə naziri Teya Çulukianinin təşkil etdiyi tədbiri pozmağa cəhd ediblər.

 

“Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat” partiyasının liderlərindən sayılan Tbilisinin eks-meri Qiqi Uqulava polis maşınına salınaraq naməlum istiqamətə aparılıb. Onun birlikdə, deputatlar Georgi Kandelaki, İrakli Abesadze və bir neçə fəal da saxlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir