Modern.az

Nazirlik məktəbli formaların eskizləri ilə bağlı təkliflərə baxır

Nazirlik məktəbli formaların eskizləri ilə bağlı təkliflərə baxır

Təhsil

6 Fevral 2020, 19:40

Təhsil Nazirliyi hazırda şagirdlər üçün vahid məktəbli formalarının eskizlərinin təsdiqi ilə bağlı qəbul olan təklifləri təhlil edir.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Onun sözlərinə görə, məktəbli formalarının eskiz layihələrinin təsdiqi ictimaiyyət tərəfindən çox geniş müzakirə edilir:

 

"Bu müzakirə 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir. Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması zamanı nəzərə alınacaq və bizim tərəfdən ümumi eskiz nümunələrinə əlavə olunacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi