Modern.az

Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİ

Təhsil

17 Fevral 2020, 20:46

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda  dəyişiklik edilib.

Nazirlər Kabinetindən  Modern.az-a verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Məlumata görə, dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imtahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok