Modern.az

Deputat Milli Məclisdə distant təhsil məsələsini qaldırdı

Deputat Milli Məclisdə distant təhsil məsələsini qaldırdı

Təhsil

13 Mart 2020, 13:54

 “Koronavirusla bağlı distant təhsil yenidən aktuallaşır”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirədə deputat Fazil Mustafa bildirib.

 

Bununla bağlı qanunvericilikdə dəyişiklikləri zəruri sayan F. Mustafa deyib ki, İqtisadiyyat Universiteti 20 min tələbəyə distant təhsil veriləcəyini açıqlayıb:

 

“Bu istiqamətdə komitələr öz təkliflərini hazırlasın. Koronavirusla bağlı ən riskli vəziyyətdə olan təbəqə həkimlər, tibb işçiləridir. Onların sosial müdafiəsi istiqamətində müvafiq komitələr təkliflər hazırlanmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi