Modern.az

Qusarda ölümlə nəticələnən yol qəzası olub

Qusarda ölümlə nəticələnən yol qəzası olub

31 Mart 2020, 19:31

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 30-da saat 18 radələrində rayonunun Aşağı Ləyər kəndi ərazisində şəhər sakini S.Orucəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Ümid Talıbov orada ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək