Modern.az

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

Aktual

31 Mart 2020, 22:45

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hadisə Dəmiryolu vağzalı yaxınlığında qeydə alınıb.

Anar adlı gənc döş qəfəsindən və qarın boşluğundan bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək