Modern.az

ADU rektoru jurnalistlərlə görüşdü

ADU rektoru jurnalistlərlə görüşdü

Təhsil

2 May 2012, 11:25

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşdü. Avstriya Mətbuat Agentliyinin nümayəndəsi xanım Viola Bauerin rəhbərlik etdiyi qrupa Universitet haqda məlumat verən  ADU-nun rektoru S. Seyidov Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, Azərbaycan Dillər Universitetində də əsaslı işlər aparıldığını bildirdi.

Qonaqlara ADU-nun ERASMUS MUNDUS proqramlarında iştirak etdiyini bildirən professor S. Seyidov Universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd etdi. O, ADU-nun ABŞ, Avropa və Asiya universitetləri ilə əməkdaşlıq etdiyindən və  Universitetdə on beşə yaxın müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyindən söz açdı. ADU-nun rektoru aprel ayının sonlarında  İsrailin Xarici işlər Naziri Aviqdor Libermanın universitetdə  İsrail mərkəzinin açılışında iştirak etdiyini  sözlərinə əlavə etdi. Rəhbərlik etdiyi universitetin əlaqələrindən danışan S. Seyidov görüş zamanı Azərbaycanın regionda aparıcı rolundan, “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyindən və 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarını qəbul etmək iradəsindən bəhs etdi.

 Sonda qonaqlar ADU-da fəaliyyət göstərən Avstriya mərkəzi ilə tanış oldular.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək