Modern.az

Mübariz Tağıyevin səhhəti pisləşib

Mübariz Tağıyevin səhhəti pisləşib

Aktual

21 May 2012, 16:45

Modern.az xəbər verir ki, Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Mübariz Tağıyevin səhhətində ciddi problemlər yaranıb. Gözlənilmədən səhhəti pisləşən xalq artistinin ürəyində cərrahi əməliyyat aparılacağı bildirilir.

Həkimlərin verdiyi məlumata görə, xalq artistinin ürəyinə gedən əsas damarlarda kirəcləşmə prosesi getdiyindən təcili xətəxanaya yerləşdirilib. Həkimlər onu da bildiriblər ki, M.Tağıyevin əməliyyatı ağır və məsuliyyətlidir.

Qeyd edək ki, əməliyyat həftəsonu Mərkəzi Neftçilər Xəstəxanasında aparılacaq.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir