Modern.az

Ermənilər jurnalistimizə hücum etdi - Video

Ermənilər jurnalistimizə hücum etdi - Video

Media

22 İyul 2020, 22:00

Bu gün Belçika Krallığının Brussel şəhərində Azərbaycanın Belçikadakı səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiya keçirib.

 

Modern.az xəbər verir ki, aksiyaya müxtəlif ölkələrdən - Niderlanddan, Almaniyadan soydaşlarımız qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib.

 

Qarşıdurma zamanı ermənilər Real TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına daşla ciddi xəsarət yetiriblər.

 

Təcili tibbi yardımın köməyindən sonra əməkdaşımız xəstəxanaya aparılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir