Modern.az

Türkiyə Livana 400 ton buğda göndərəcək

Türkiyə Livana 400 ton buğda göndərəcək

Dünya

5 Avqust 2020, 23:29

Türkiyə Livanda baş verən faciəli qəza ilə əlaqədar humanitar yardım edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri  Mehmet Nuri Ersoy məlumat açıqlayıb.


Nazir deyib ki, Türkiyə dövləti Türk Əməkdaşlıq və Koordinasya Agentliyi (TİKA) vasitəsilə Livana 400 ton buğda göndərəcək.

Qeyd edək ki, dünən axşam saatlarında Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir