Modern.az

Əli Əsədov bu şirkətin icraçı direktoru ilə telefonda danışdı

Əli Əsədov bu şirkətin icraçı direktoru ilə telefonda danışdı

Aktual

11 Avqust 2020, 14:20

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

 

Telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

 

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu