Modern.az

Ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alındı

Ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alındı

Aktual

31 Avqust 2020, 10:18

Bakı üzrə koronavirusa yoluxma yenə də ən çox Binəqədidə qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında məlumat verilib. 

 

Rəsmi məlumata görə, Binəqədidə virusa yoluxma 14,3  %-dir. Xətai rayonunda virusa yoluxma 12,2 %, Yasamalda 11,8 %, Sabunçuda 11,8 %, Nəsimidə 9,1 %, Nərimanovda 8,5 %, Suraxanıda 8,0 %, Qaradağda 7,4 %, Nizamidə 7,1 %, Xəzərdə 5,0 %, Səbaildə 4,6 % təşkil edib.

 

Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda qeydə alınıb – 0,3 %.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok