Modern.az

Məşhur aparıcılar “AzTV Xəbər”in efirində - VİDEO

Məşhur aparıcılar “AzTV Xəbər”in efirində - VİDEO

Media

14 Sentyabr 2020, 12:25

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Modern.az xəbər verir ki, uzun illər “Xəbərlər” adı ilə efirə gedən verilişin adı dəyişdirilərək “AzTV Xəbər” olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da “AzTV Xəbər”in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!