Modern.az

Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama

Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama

Aktual

25 Sentyabr 2020, 20:19

Bu gün saat 15:00-dan 18:00-dək Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətləri qeydə alınıb.

Sessiya zamanı 70 müraciət daxil olub. Müraciətlər Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən dərhal cavablandırılıb.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək