Modern.az

Göyçayda ər arvadını bıçaqladı

Göyçayda ər arvadını bıçaqladı

Aktual

26 Sentyabr 2020, 20:57

Göyçay rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nəsirova Gülşən Qafur qızı həyat yolaşı tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və cərrahi əməliyyat olunub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır. (Report.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu