Modern.az

Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdi

Metro nə vaxt açıla bilər? - Mətbuat katibi aydınlıq gətirdi

30 Oktyabr 2020, 15:44

Metroda sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən sonuncu qərara əsasən, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti dekabrın 1-dək uzadılıb.

 

Mətbuat katibinin sözlərinə görə, metronun müəyyən edilmiş müddətdən daha tez, yaxud daha gec açılması yoluxma sayındakı dinamikadan asılı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək