Modern.az

Zakir Həsənovdan Rusiyaya BAŞSAĞLIĞI

Zakir Həsənovdan Rusiyaya BAŞSAĞLIĞI

Ölkə

19 Dekabr 2020, 20:36

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, başsağlığında deyilir:

 

“Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu