Modern.az

Deputat 42 gündür komada olan qazi ilə bağlı hökumətə müraciət etdi

Deputat 42 gündür komada olan qazi ilə bağlı hökumətə müraciət etdi

Parlament

24 Dekabr 2020, 15:14

“Zaqataladan olan qazi döyüşçü Natiq Mahmudov 42 gündür ki komadadır. O Şuşa uğrunda və əksər döyüşlərdə iştirak edib. Mən hökumətdən xahiş edirəm ki, onun həyata qayıtması üçün hər şey edilsin”.

 

Modern.az xəbər verir ki, bunu deputat Elşən Musayev parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.

 

O qeyd edib ki, qazi hazırda həyatda qalmaq uğrunda mübarizə aparır:

 

“O 3 dəfə əməliyyat olunub . Mən hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələn hər şeyi etsinlər. Ən azından bütün cəhdləri sınamaq lazımdır. Ola bilər ki, xəstəxası dəyişdirilsin, ya da mümkün olarsa xaricə aparılsın. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir