Modern.az

Azərbaycanda ilk dəfə şəkərli diabetlər üçün məhsul standartı qəbul edilib

Azərbaycanda ilk dəfə şəkərli diabetlər üçün məhsul standartı qəbul edilib

28 Yanvar 2010, 11:27

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Diabetik təbii meyvə şirələri” adlı AZS 399 standartını qəbul edib. Bu standart meyvə və giləmeyvələrdən hazırlanan, şəkərli diabetlərin qidalanmasına icazə verilən şəkərəvəzedicilər əlavə edilmiş təbii şirələrə şamil edilir.
Modern.az xəbər verir ki, Dövlət Komitəsinin məlumatına görə, AZS 399 standartı əsasında istehsal olunan meyvə şirələrinin üzərində “Məhsul şəkərli diabetlər üçündür. Pəhriz həkiminin təyininə müvafiq olaraq istifadə edin” cümlələri yazılacaq. Şirələrin saxlama müddəti 24 ay nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək