Modern.az

Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı

Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı

Aktual

21 Yanvar 2021, 15:34

Sumqayıt şəhər sakininin bank hesabından pul oğurlanıb.

 

Modern.az xəbər verir ki, məlumata görə, Vətən uğrunda gedən döyüşlər zamanı yaralanan Qəhrəman Ağacanovun adına yardım üçün bank hesabı açılıb.

 

 

Daha sonra həmin bank hesabından yığılan vəsait oğurluq yolu ilə ələ keçirilib.

 

Q.Ağacanov bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

 

Bildirilib ki, müraciətə dərhal reaksiya verilərək müvafiq araşdırma aparılıb və görülən təxirəsalınmaz tədbirlərlə oğurlanan həmin məbləğ Q.Ağacanova geri qaytarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək