Modern.az

Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi

Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi

Aktual

22 Yanvar 2021, 15:38

Bakı metropoliteninin istismara hazırlanan "8 Noyabr" stansiyasına rəis müavini də təyin edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. Sədrin əmri ilə, Kamal Talıbzadə "8 Noyabr" stansiyasının rəis müavini təyin edilib.

 

Sədrin digər əmri ilə stansiyanın tam heyəti də təsdiqlənib. Əmrə əsasən, rəhbər heyətlə əlaqədar stansiya növbətçiləri və digər heyət müəyyənləşib.

 

Xatırladaq ki. bir müddət əvvəl Yusif Şabanov "8 Noyabr" stansiyasının rəisi təyin edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək