Modern.az

“Neftçi” bu dəfə də qələbəni əldən verdi

“Neftçi” bu dəfə də qələbəni əldən verdi

Aktual

23 Avqust 2012, 23:32

Bu gün AvroLiqa-da play-off mərhələsinin ilk oyunları keçirildi.

Modern.az xəbər verir ki, Bakının "Neftçi" klubu öz meydanında Kiprin “Apoel” komandasını qəbul etdi. İlk hissəsi qolsuz başa çatan oyunda hesab fasilədən sonra açıldı. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bərabərliklə ayrıldılar - 1:1.

Bu oyundan öncə “Neftçi” bəyanat yaymışdı. Matçı tarixi bir oyun adlandıran Bakı klubu böyük azarkeş dəstəyi istəmişdi. Gərəkən dəstək verildi, amma “Apoel” səddini keçəcəyi təqdirdə AvroLiqa-nın qrup mərhələsinə vəsiqə qazana biləcəyin mümkünlüyü də “Neftçi”yə kar etmədi…

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra - avqustun 30-da Kiprin paytaxtı Nikosiyada keçiriləcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu