Modern.az

İranın yeni səfiri Azərbaycana nə vaxt gələcək?

İranın yeni səfiri Azərbaycana nə vaxt gələcək?

Aktual

27 Avqust 2012, 13:19

İran İslam Respublikası Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Belə ki, bu postda sonuncu səfir Məhəmmədbağır Bəhramini Möhsün Pak Ain əvəz edəcək. Bu barədə Modern.az saytına İran səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfirlikdən həmçinin bildirilib ki, yeni səfir diplomatik prosedur başa çatdıqdan sonra tezliklə Bakıya gələcək.

“Hələlik yeni səfirin nə zaman Azərbaycana gələcəyi dəqiq bilinmir. Sadəcə olaraq diplomatik prosedur başa çatdıqdan sonra o, Bakıya gələrək fəaliyyətə başlayacaq. Biz də yeni səfirin ən qısa zamanda gələcəyini gözləyirik”.

Qeyd edək ki, İranın Azərbaycana təyin etdiyi yeni səfir Pak Ain Tailand, Özbəkistan və Zambiyada səfir olub.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək