Modern.az

Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi

Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi

1 Mart 2021, 13:12

Müsavat Partiyasının başqanı Arif Hacılı COVID-19-a qarşı peyvənd olunub.

Modern.az xəbər verir ki, partiya sədri peyvəndi 19 saylı şəhər poliklinikasında vurdurub. A. Hacılı peyvəndin heç bir fəsadının olmadığını söyləyib:

“Ümumiyyətlə, Azərbaycanda yanvar ayının 18-dən bu günə qədər 100 mindən çox vətəndaşımız peyvənd olunsa da, şükürlər olsun ki, hələlik heç kəsdə peyvəndə görə ciddi fəsadlar barədə təsdiqlənmiş məlumata rast gəlməmişəm.

Peyvənd təhlükəli deyil.

Özümüzü və ətrafımızdakıları qorumaq üçün peyvənd olunmağımız vacibdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu