Azərbaycanda ərəb ölkələri barədə söz düşəndə birmənalı reaksiya yaranmır. Əksəriyyətin gözü önünə başdan-ayağa qara çadraya bürünmüş qadınlar gəlir. Varlı ərəb şeyxləri və onların qapalı qadınları bizim təsəvvürümüzdə ərəb cəmiyyətinin əsas atributlarından biri kimi qalıb.
Aşağıda ərəblərin ən çox sevdikləri kino “ulduz”larının fotolarını təqdim edilir. Onlar bizim ənənəvi təsəvvürlərimizi bir qədər dəyişdirə bilir.
Qeyd edək ki, hər il Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda beynəlxalq kinofestival keçirilir. Bu festivalda 55 ölkədən iştirakçı olur. Dubay kinofestivalı ərəb ölkələri üçün mühüm mədəni hadisə hesab olunur.
Modern.az saytı 8-ci Dubay festivalına qatılan və ərəb tamaşaçılarının sevimli “ulduz”ları olan aktirisa və müğənnilərin fotolarını oxuculara təqdim edir.
|
Mərvə Məhəmməd - Səudiyyə Ərəbistanı, aktrisa. |
|
Nəcva Sultan - Livan, müğənni. |
|
Nəcva - Qətər, aktrisa. |
|
Raniya Yusef - Misir, aktrisa. |
|
Zəhra-əl-Herci - Küveyt, aktrisa. |
|
Əsra-əs-Sabt - Bəhreyn, aktrisa-müğənni |
|
Kinda Aluş - Suriya, aktrisa. |
|
Sara Alaqrubi - BƏƏ, aktrisa-rejissor. |