Modern.az

Doğum haqqında məlumatı TƏBİB-dən gizlədənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Doğum haqqında məlumatı TƏBİB-dən gizlədənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Aktual

7 Aprel 2021, 13:06

Doğum prosesinin  qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə təhvil verilir.

 

Modern.az xəbər verir ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

 

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

 

Eyni zamanda, doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək  məbləğdə cərimə ediləcək. 

 

Qeyd edək ki, əvvəllər bu məsələlərə Səhiyyə Nazirliyi baxırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək