Modern.az

Samuxda gənci ildırım vurub öldürdü

Samuxda gənci ildırım vurub öldürdü

17 May 2021, 21:57

Samuxda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Hacalı kəndində qeydə alınıb.


Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

 

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

 

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır (apa).

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E