Modern.az

“Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri

“Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - 

Aktual

18 May 2021, 10:30

Gürcüstanın Dmanisi bölgəsində iki gün öncə azərbaycanlılarla svanlar arasında baş verən insidentdən sonra vəziyyət artıq sakitləşib.

 

Gürcüstanda fəaliyyət göstərən "Lider Media” təşkilatının rəhbəri Azər Məmmədov baş vermiş təxribat barədə Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, belə bir vəziyyətdə media nümayəndləri ən çox rəsmi qurumların münasibətini önə çıxarmalıdır:

 

“Baş vermiş təxribatlarda medianın rolu əlbəttə çox önəmlidir. Çünki xalqa informasiyanı media çatdırır. Media belə bir vəziyyətdə çatdırdığı informasiyalara diqqət etməlidir. Hər hansı bir provakasiya yaradacaq məsələlərdən qaçmalıdır. Düşünürəm ki, bu cür hadisələrdə media nümayəndələri ən çox rəsmi qurumların münasibətini önə çıxarmalıdır. Qarşıdurma yaradan tərəflərin isə fikirlərinə üstünlük verilməməlidir. Çünki hər iki tərəf bir-birini ittiham edəcək və nəticədə hadisəni ətrafdan izləyən kütlədə qəzəbli hisslər yaradacaq”.


Fidan İlqar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək