Modern.az

Təhsil Nazirliyinə yeni aparat rəhbəri TƏYİN OLUNDU

Təhsil Nazirliyinə yeni aparat rəhbəri TƏYİN OLUNDU

Təhsil

9 İyun 2021, 18:44

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

 

Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

 

Onun sözlərinə görə, bu vəzifəyə Həsən Həsənli təyinat alıb.

 

Qeyd edək ki, H.Həsənli daha əvvəl Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov olub. O, bu ilin aprel ayında müvafiq sərəncamla təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək